21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Prezidentin köməkçisi: "Omikron ştamının sürətlə yayılması narahatlıq doğurur”
Tarix: 28-12-2021 18:29 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "Omikron ştamının sürətlə yayılması narahatlıq doğurur”

"Bir sıra ölkələr “Omikron” ştamına görə sərt məhdudiyyətlərlə bağlı qərarlar qəbul ediblər".

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Omikron” ştamının sürətlə yayılması ilə bağlı dünyada vəziyyət müxtəlifdir: “Biz digər ölkələrə nəzər salan zaman bu ştamın yoluxduruculuğunun yüksək olmasını görürük. Buna görə də bir sıra ölkələr lokdaun və sərt məhdudiyyətlərlə bağlı qərarlar qəbul ediblər".

"Omikron ştamının yaranması və sürətlə yayılması təbii ki, bizdə də narahatlıq doğurur”,- Prezidentin köməkçisi vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər