Ərdoğan İlham Əliyev, Tokayev və Japarovla Qazaxıstandakı vəziyyətlə bağlı müzakirə aparıb
Tarix: 06-01-2022 20:19 | Bölmə: Gündəm
Ərdoğan İlham Əliyev, Tokayev və Japarovla Qazaxıstandakı vəziyyətlə bağlı müzakirə aparıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefonda Qazaxıstanda baş verən etirazları və son prosesləri müzakirə edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan tərəflərlə Qazaxıstandakı son durumu müzakirə edib.

Məlumata görə, Türkiyə prezidenti Qazaxıstan prezidenti ilə müzakirədə ölkədə vəziyyəti normallaşıması üçün hər cür dəstəyə hazır olduğuqlarını deyib.

Onu da qeyd edək ki, Ərdoğan bu gün Qırğızıstan prezidenti Sadır Japarovla da telefonda danışıb.

Tərəflər ikitərəfli əməkdaşlığın perspektivləri ilə yanaşı, Qazaxıstandakı vəziyyəti də müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}