21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Qazaxıstanda “etiraz partlayışını” kim və necə hazırlayıb?
Tarix: 07-01-2022 14:42 | Bölmə: Gündəm
Qazaxıstanda “etiraz partlayışını” kim və necə hazırlayıb?

Rəsmi Moskva Qazaxıstanda hələ də səngimək bilməyən iğtişaşların birbaşa kənardan müdaxilənin nəticəsi olduğunu bəyan edib.

Bu barədə “Vzqlyad” qəzetinin bugünki sayında analitik məqalə dərc olunub. Məqalə müəllifi söhbətin hansı xarici müdaxilədən getdiyini, qiyamçıları əvvəlcədən kimin və necə hazırladığını və Qazaxıstandakı hazırki situasiyanın vaxtilə Ukraynada və Belarusda baş verənlərlə eyniliyini aydınlaşdırmağa çalışıb. Dünyanın müxtəlif ölkələrində və müxtəlif vaxtlarda baş verən böyük siyasi proseslərin təxminən oxşar texnoloji sxemlər üzrə getdiyinə diqqəti çəkən şərhçi Qazaxıstan presendentinin də təsadüfi, nadir hadisə olmadığını iddia edir.

Rusiya XİN Qazaxıstan hadisələrinin birbaşa xarici müdaxilədən xəbər verdiyini göstərib. Bu, ölkənin xarici diplomatiya idarəsinin rəsmi bəyanatında deyilir: “Bizimlə qonşu və dost ölkədə baş verən son hadisələrə əvvəlcədən hazırlanmış və təşkil olunmuş silahlı dəstələrdən istifadə etməklə dövlətin təhlükəsizliyini və bütövlüyünü güc yolu ilə sarsırmağa cəhd edən xarici müdaxilə kimi baxmaq lazımdır”.

Yeri gəlmişkən, Serbiya prezidenti Aleksandr Vuçiç Qazaxıstandakı etiraz aksiyalarına xarici xüsusi xidmət oqanlarının müdaxiləsi barədə bəyanat vermişdi. Postsovet məkanındakı kütləvi etiraz dalğasını yaxın tarixində yaşamış digər bir ölkənin lideri Aleksandr Lukaşenko isə Almatı hadisələrini “Hamımız üçün dərs” adlandırıb.

Qeyd edək ki, qəzetdə öz əksini tapmış rəy və mövqelər Qazaxıstanda baş verənlərə Kremlin rəsmi bəyanatından sonra sərgilənmişdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər