14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub
Tarix: 08-01-2022 16:25 | Bölmə: Gündəm
Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur: "Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}