16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilib - Video
Tarix: 11-01-2022 10:12 | Bölmə: Gündəm
Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilib

Döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.







Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}