21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılıb
Tarix: 11-01-2022 12:41 | Bölmə: Gündəm
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılıb

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılıb.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun bununla bağlı qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən ediləcək.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla (qurumlarla) razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun layihəsini, nizamnamə fondunun miqdarını və işçilərinin say həddinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs və “Dendrologiya Bağı” publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər