21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xarici İşlər Nazirliyi Ermənistanın növbəti təxribatını pisləyir
Tarix: 11-01-2022 20:45 | Bölmə: Gündəm
Xarici İşlər Nazirliyi Ermənistanın növbəti təxribatını pisləyir

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı ilə bağlı bəyanat yayıb.

XİN-nin Mətbuat Xidməti İdarəsindən Reyting.az-a verilən xəbərə görə, Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub: "Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah şəhidimizə rəhmət eləsin!".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər