21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan və Türkiyə müdafiə nazirləri Kəlbəcərdəki vəziyyəti müzakirə ediblər
Tarix: 12-01-2022 12:22 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyə müdafiə nazirləri Kəlbəcərdəki vəziyyəti müzakirə ediblər

Yanvarın 12-si Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər