Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
Tarix: 12-01-2022 14:05 | Bölmə: Gündəm
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.

Bu barədə Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}