21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
ƏƏSMN-ə əlavə səlahiyət verilib
Tarix: 19-01-2022 11:46 | Bölmə: Gündəm
ƏƏSMN-ə əlavə səlahiyət verilib

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) əlavə səlahiyyət verilib.

Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunacaq. Əvvəl bu vəsait Təhsil Nazirliyinə ayrılan vəsait hesabına ödənilirdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər