21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə görüşüb
Tarix: 21-01-2022 16:03 | Bölmə: Gündəm
Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tviter səhifəsində yazıb.

“Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlığı müzakirə etdik” - paylaşımda deyilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər