21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək - Qərar
Tarix: 22-01-2022 16:04 | Bölmə: Gündəm
İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək

Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabinetininn qərarlarına əsasən:

- Laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

- COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.

İndiyə qədər COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 14 gün sonra verilirdi.

- Xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Qeyd edilib ki, karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası ləğv edilir.

Bu Qərarlar 2022-ci il yanvarın 24-dən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər