Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir
Tarix: 31-01-2022 11:43 | Bölmə: Gündəm
Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Bu barədə Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib: "Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur".




Bölməyə aid digər xəbərlər