Avropalı komissar Hikmət Hacıyevlə görüşüb - Foto
Tarix: 03-02-2022 20:15 | Bölmə: Gündəm
Avropalı komissar Hikmət Hacıyevlə görüşüb

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Reyting.az
-ın xəbərinə görə, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.

O. Varhelyi qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası iclası ərəfəsində Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışıblar: “Həmçinin Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik”.

Görüşdə Cənubi Qafqaz və Aİ-nin bu regiona dəstəyi də müzakirə olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}