21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Prezident Dövlət Ehtiyatları Agentliyinin strukturunu təsdiqləyib
Tarix: 10-02-2022 16:57 | Bölmə: Gündəm
Prezident Dövlət Ehtiyatları Agentliyinin strukturunu təsdiqləyib

Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqlənib.

Reyting.az
xəbər verir ki, sənədə əsasən, Agentliyin strukturu belə olacaq:

1. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatı;

2. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin idarə, filial və nümayəndəlikləri.

Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsinə əsasən, əsasən, Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti tərkibi 3 üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarətdir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri, İdarə Heyəti sədrinin müavini olmadıqda isə sədrin müəyyən etdiyi digər vəzifəli şəxs həyata keçirir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər