Bakıda aksiya: yük avtomobillərinin sürücüləri yolu bağlayıb
Tarix: 17-02-2022 09:54 | Bölmə: Gündəm
Bakıda aksiya: yük avtomobillərinin sürücüləri yolu bağlayıb

Bakı şəhərinin Heydər Əliyev prospektindəki kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.

Reyting.az
-ın xəbərinə görə, Nərimanov rayonu ərazisində 4 yük avtomobili yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriliblər.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.

Etiraz aksiyası səbəbindən Heydər Əliyev prospektində tıxac yaranıb. Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolun açılması istiqamətində işlər görürlər.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}