Hərbi Hava Qüvvələri MiQ-29 təyyarələri ilə döyüş manevrləri icra edib - Video
Tarix: 17-02-2022 15:01 | Bölmə: Gündəm
Hərbi Hava Qüvvələri MiQ-29 təyyarələri ilə döyüş manevrləri icra edib

Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) təlim uçuşları keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, ssenariyə əsasən MiQ-29 tipli təyyarələrlə kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

Təlimlər zamanı pilotlar tərəfindən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin aparılması üzrə tapşırıqlar məşq olunub.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}