İrəvanda AVRONEST-in iclası: Azərbaycanlı deputatlar toplantıda iştirak edir
Tarix: 22-02-2022 10:59 | Bölmə: Gündəm
İrəvanda AVRONEST-in iclası: Azərbaycanlı deputatlar toplantıda iştirak edir

“Bütün hərbi əsirlər, bütün saxlanılan şəxslər müharibə bitdikdən sonra Ermənistana təhvil verilib”.

Bunu Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında deyib.

O bildirib ki, hazırda mühakiməsi davam edən şəxslər müharibədən sonra tutulublar: "Bütün bu tədbirlər beynəlxalq hüquqa uyğun olaraq keçirilir.

Mən daha Birinci Qarabağ müharibəsində taleyi məlum olmayan 4 000 azərbaycanlıdan bəhs etmək istəmirəm. Onlar əsir götürülüb, öldürülüblər. Bu məsələ Avropa İttifaqı ilə də müzakirə edilib”.

***

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.

Reyting.az
xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.

Ermənistan mətbuatı yazır ki, azərbaycanlı deputatlar gücləndirilmiş mühafizənin müşayiəti ilə tədbirin keçirildiyi İrəvan İdman-Konsert Kompleksinə gəliblər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Qeyd edək ki, 2009-cu ildə təsis edilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}