Türkiyəli mütəxəssislər Azərbaycan hərbçilərinə minatəmizləmə təlimləri keçir
Tarix: 23-02-2022 13:11 | Bölmə: Gündəm
Türkiyəli mütəxəssislər Azərbaycan hərbçilərinə minatəmizləmə təlimləri keçir

Türkiyəli mütəxəssislər Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə minatəmizləmə təlimləri keçirlər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz tək ürək, tək bilək, tək yumruquq. Azərbaycan xidmət komandanlığı koordinatorluğunda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə mina axtarma təlim verilir”, - nazirlikdən bildirilib.

Milli Müdafiə Nazirliyi təlimlərdən fotolar da paylaşıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}