21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazir: “3000-dən çox insan itkin düşsə də, Ermənistan heç bir məlumat vermir"
Tarix: 25-02-2022 12:36 | Bölmə: Gündəm
Nazir: “3000-dən çox insan itkin düşsə də, Ermənistan heç bir məlumat vermir"

Üçtərəfli bəyannamə region üçün yeni imkanlar yaratsa da, Ermənistan öhdəliklərini yerinə yetirməkdən yayınır.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.

Nazir bildirib ki, 44 günlük müharibə böyük zəfərlə başa çatıb: “Üçtərəfli bəyannamə region üçün yeni imkanlar yaratdı, yeni postmünaqişə dövrünə qədəm qoyduq. Bütün ağrı-acılara baxmayaraq, Azərbaycan tərəfi Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu ifadə edib. Təəssüf ki, Ermənistan öz öhdəliklərini hələ də yerinə yetirmir”.

C. Bayramov diqqətə çatdırıb ki, hazırda ən əsas məsələ Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, orada yaşayacaq insanların təhlükəsizliyinin təmin edilməsi və bu baxımdan əsas problem bu ərazilərin minalardan təmizlənməsidir.

XİN rəhbəri deyib ki, Azərbaycan 2020-ci ilin noyabr ayından sonra da itkilər verib, insanlar mina partlaması səbəbindən həlak olublar, amma Ermənistan minalanmış sahələrin xəritələrinin verilməsi ətrafında oyunlar oynamaqda davam edir: "Bundan başqa, Birinci Qarabağ müharibəsi zamanı da 3000-dən çox insan itkin düşüb. Görülən bütün tədbirlərə baxmayaraq, Ermənistan hələ də onlar haqqında heç bir məlumat təqdim etməyib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər