21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Prezident Goranboyda yol tikintisinə 3,6 milyon manat ayırıb
Tarix: 28-02-2022 13:34 | Bölmə: Gündəm
Prezident Goranboyda yol tikintisinə 3,6 milyon manat ayırıb

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.11-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,6 milyon manat ayırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər