Azərbaycan hərbçilərinin döyüşə hazırlığı yoxlanılıb
Tarix: 01-03-2022 10:13 | Bölmə: Gündəm
Azərbaycan hərbçilərinin döyüşə hazırlığı yoxlanılıb

Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər