Müdafiə Nazirliyi Seyfəli poliqonundakı partlayışların səbəbini açıqlayıb
Tarix: 01-03-2022 17:16 | Bölmə: Gündəm
Müdafiə Nazirliyi Seyfəli poliqonundakı partlayışların səbəbini açıqlayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Məlumat üçün qeyd edək ki, Seyfəli poliqonunda həyata keçirilən zərərsizləşdirmə işləri artıq yekunlaşdırılıb. Plana uyğun olaraq utilizasiya prosesinin bir hissəsi Qaraheybət poliqonunda davam etdirilir.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını bildiririk", - məlumatda qeyd edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər