MN: "Minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib" - Video
Tarix: 03-03-2022 13:36 | Bölmə: Gündəm
MN: "Minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib"

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələr atışdan əvvəl ərazidə açılma, atəş mövqelərinin tutulması və minaatanların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər: "Minaatanlardan yarımdüzünə tuşlama ilə tək hədəfə yerindən atış üzrə təlim atış çalışmaları müvəffəqiyyətlə icra olunub.

Bölmələrin təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq uğurla həyata keçirilir".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}