Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb
Tarix: 05-03-2022 16:51 | Bölmə: Gündəm
Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.

Reyting.az 
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}