MN: "Ermənistan hərbçisinin həlak olması, digərinin yaralanması barədə məlumatın əsası yoxdur"
Tarix: 07-03-2022 16:29 | Bölmə: Gündəm
MN: "Ermənistan hərbçisinin həlak olması, digərinin yaralanması barədə məlumatın əsası yoxdur"

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır".

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinin yaydığı iddialara cavabında deyilir.

Bildirilir ki, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusundakı mövcud intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir:

"Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər