Ermənilər yenidən təxribatlar törədib, yalan məlumatlar yayırlar
Tarix: 07-03-2022 19:35 | Bölmə: Gündəm
Ermənilər yenidən təxribatlar törədib, yalan məlumatlar yayırlar

Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakterlidir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Ordusunun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur.

Onu da qeyd edək ki, ermənilər təxribatlar törətməkdə davam edirlər. Belə ki, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində 23 dəfə atəşə tutub.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən də Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərinə atəş açıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər