Rusiya Müdafiə Nazirliyi: "Sükut rejimi tətbiq edilib və humanitar dəhlizlər açılıb"
Tarix: 08-03-2022 12:03 | Bölmə: Gündəm
Rusiya Müdafiə Nazirliyi: "Sükut rejimi tətbiq edilib və humanitar dəhlizlər açılıb"

Rusiya tərəfi Bakı vaxtı ilə saat 11:00-dan etibarən sükut rejimi tətbiq edib, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

O bildirib ki, mülki əhalinin yaşayış məntəqələrindən təhlükəsiz şəkildə təxliyəsi üçün bu gün Moskva vaxtı ilə saat 10:00-dan etibarən sükut rejimi tətbiq edilir və Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər