Ordumuz erməni silahlı dəstələrinə dəqiq zərbələr endirir
Tarix: 09-03-2022 11:17 | Bölmə: Gündəm
Ordumuz erməni silahlı dəstələrinə dəqiq zərbələr endirir

Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Nazirlik bəyan edir ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}