MN: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır"
Tarix: 13-03-2022 10:58 | Bölmə: Gündəm
MN: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır"

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Reyting.az 
Müdafiə Nazirliyinə istinadla bildirir ki, Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb:

"Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər