Zelenski: "Rusiya raketləri NATO ölkələrini hədəf alacaq, bu, an məsələsidir"
Tarix: 14-03-2022 10:32 | Bölmə: Gündəm
Zelenski: "Rusiya raketləri NATO ölkələrini hədəf alacaq, bu, an məsələsidir"

Ukrayna prezidenti Volodimir Zelenski növbəti dəfə Qərbdən Ukraynanın hava məkanını bağlamağı tələb edib.

Reyting.az
xəbər verir ki, o, əks halda, Rusiyanın NATO ölkələrini də tezliklə vuracağı barədə xəbərrdarlıq edib:

"Əgər NATO Ukrayna səmasını bağlamasa, Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə də düşəcək. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb. NATO sərhədləri oradan cəmi 20 km məsafədədir. Biz demişdik ki, NATO sərt addımlar atmasa, Rusiya müharibəyə başlayacaq. Biz haqlı idik. İndi isə deyirəm ki, Ukrayna hava məkanını bağlamasanız, raketlər NATO ölkələrini hədəf alacaq, bu, an məsələsidir.

Ukrayna hazırda tarixinin ən ağır sınağından keçir. Biz qələbə qazanacağıq. Mən buna əminəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}