Hikmət Hacıyev BMT nümayəndələri ilə Qarabağdakı problemi müzakirə edib - Foto
Tarix: 18-03-2022 08:41 | Bölmə: Gündəm
Hikmət Hacıyev BMT nümayəndələri ilə Qarabağdakı problemi müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib.

Reyting.az
xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

H. Hacıyev qeyd edib ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Şuşaya missiyasını müzakirəyə çıxarıblar. “Ermənistanın 30 il davam etmiş hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub", - deyə H. Hacıyev bildirib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər