Azərbaycanın BMT-yə qəbulunun 30-cu ildönümü Şuşada qeyd olunacaq - Fotolar
Tarix: 18-03-2022 10:35 | Bölmə: Gündəm
Azərbaycanın BMT-yə qəbulunun 30-cu ildönümü Şuşada qeyd olunacaq

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına (BMT) qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə birgə Şuşada qeyd olunacaq. Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H. Hacıyev bildirib ki, Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. “Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, - H. Hacıyev paylaşımında qeyd edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}