XİN rəhbərindən nümayəndə heyətinə tapşırıq: "İstanbulda heç nə yeməyin, içməyin"
Tarix: 29-03-2022 14:55 | Bölmə: Gündəm
XİN rəhbərindən nümayəndə heyətinə tapşırıq: "İstanbulda heç nə yeməyin, içməyin"

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İstanbulda danışıqlarda iştirak edən nümayəndə heyətinə Rusiya nümayəndə heyəti ilə müzakirələrdə yeyib-içməmək barədə xəbərdarlıq edib.

Bu barədə nazir Kuleba yerli televiziya kanalına müsahibəsində deyib.

“Rusiya Federasiyası ilə danışıqlara gedən hər kəsə tövsiyə edirəm ki, heç nə yeməsin, içməsin, yaxşı olar ki, hər hansı bir səthə toxunmasın”, - XİN rəhbəri Dmitri Kuleba bildirib/APA.

Xatırladaq ki, martın 28-də "Wall Street Journal" məlumat yayıb ki, martın 3-də Kiyevdə qeyri-formal danışıqlarda iştirak edən rusiyalı oliqarx Roman Abramoviç və ukraynalı nümayəndə heyətinin üç üzvündə kimyəvi maddə ilə zəhərlənmə halı müşahidə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər