ATƏT sədri Ermənistana xəbərdarlıq edəcək: “Regionda təhlükəsizlik vəziyyəti hələ də kövrək olaraq qalır”
Tarix: 31-03-2022 13:48 | Bölmə: Gündəm
ATƏT sədri Ermənistana xəbərdarlıq edəcək: “Regionda təhlükəsizlik vəziyyəti hələ də kövrək olaraq qalır”

“Bakıya əsasən ATƏT-in fəaliyyətdə olan sədri qismində gəlmişəm. Amma onu da vurğulayım ki, Polşanın Azərbaycanla çox sağlam ikitərəfli münasibətləri var”.

Məlumata görə, Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz narahatıq ki, regionda təhlükəsizlik vəziyyəti hələ də kövrək olaraq qalır. ATƏT üçün etimadın artırılması çox önəmlidir”, - o vurğulayıb/Report.

Nazir bildirib ki, ATƏT Azərbaycan və Ermənistan arasında sülh prosesinə və dialoqa töhfə verməyə hazırdır: “Cənubi Qafqazda sülhün bərpa olunması ilə bağlı Ermənistanı ehtiyatlı davranmağa çağıracağam. Biz itkinlərin taleyinin həll edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim əsas məqsədimiz uzunmüddətli sülhü təmin etməkdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər