Ərdoğan: "Erməni silahlıları Azərbaycan ərazisindən çıxarılmalıdır"
Tarix: 31-03-2022 15:40 | Bölmə: Gündəm
Ərdoğan: "Erməni silahlıları Azərbaycan ərazisindən çıxarılmalıdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlarla bağlı suala cavab verib.

Reyting.az
xəbər verir ki, dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir: "Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər