Azərbaycan və Ermənistan XİN-ləri sülh müqaviləsi hazırlayacaq
Tarix: 07-04-2022 08:14 | Bölmə: Gündəm
Azərbaycan və Ermənistan XİN-ləri sülh müqaviləsi hazırlayacaq

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüş keçirib.

Reyting.az
-ın məlumatına görə, görüşdən sonra verilən bəyanatda gələcəkdə sülh müqaviləsinin imzalanması məsələsinə də toxunulub.

Bildirilir ki, Şarl Mişel həm İlham Əliyevin, həm də Nikol Paşinyanın ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər