Prezident qaz istismarı ilə bağlı dəyişikliyi təsdiqləyib - Onlar cərimə olunacaq
Tarix: 08-04-2022 15:03 | Bölmə: Gündəm
Prezident qaz istismarı ilə bağlı dəyişikliyi təsdiqləyib - Onlar cərimə olunacaq

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilib.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyevin "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" imzaladığı qanuna əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər