Hindistanın dövlət başçısı prezident İlham Əliyevə məktub göndərib - Mətn
Tarix: 27-05-2022 13:09 | Bölmə: Gündəm
Hindistanın dövlət başçısı prezident İlham Əliyevə məktub göndərib

Hindistan prezidenti Ram Nat Kovind Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

"Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. Bu il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi tamam olur. Ötən 30 il ərzində əlaqələrimiz xüsusilə iqtisadi sahədə yaxşı inkişaf edib. Münasibətlərimizi qarşılıqlı anlaşma və maraq üzərində qurmaq olduqca vacibdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}