Prezident İlham Əliyev Bolqarıstana dəvət olunub
Tarix: 29-05-2022 09:51 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Bolqarıstana dəvət olunub

Bolqarıstan Respublikasının Prezidenti Rumen Rudev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Reyting.az
xəbər verir ki, Rumen Rudevin dəvəti Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrikdə yer alıb.

Rumen Rudev İlham Əliyevə təbrik məktubunda yazır:

“Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}