Hərbi tapşırıqlar uğurla icra olunub - Video
Tarix: 02-06-2022 10:12 | Bölmə: Gündəm
Hərbi tapşırıqlar uğurla icra olunub

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimdə növbəti mərhələnin tapşırıqları yerinə yetirilib.

Müdafiə Nazirliyindən bildiriblər ki, beynəlxalq təlimin planına uyğun olaraq şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə enməsi üzrə fəaliyyətləri də müvəffəqiyyətlə yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi beynəlxalq təlim iyunun 9-dək davam edəcək.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}