Baş nazir təhsillə bağlı qaydanı təsdiqləyib
Tarix: 03-06-2022 09:46 | Bölmə: Gündəm
Baş nazir təhsillə bağlı qaydanı təsdiqləyib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

Təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}