Zakir Həsənov Türkiyədə Pakistanın generalı görüşüb
Tarix: 09-06-2022 12:14 | Bölmə: Gündəm
Zakir Həsənov Türkiyədə Pakistanın generalı görüşüb

"Efes-2022'" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.

Xatırladaq ki, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}