Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb - Video
Tarix: 13-06-2022 11:00 | Bölmə: Gündəm
Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}