Azərbaycan və Rusiya arasında beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı saziş təsdiqlənib
Tarix: 09-09-2022 16:47 | Bölmə: Gündəm
Azərbaycan və Rusiya arasında beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı saziş təsdiqlənib

Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.

Reyting.az
 xəbər verir ki, prezident İlham Əliyevin Fərmanına əsasən, 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}