18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Mövlud Çavuşoğlu: “Ermənistan artıq təxribatlara son qoymalıdır” - Yenilənib
Tarix: 13-09-2022 12:06 | Bölmə: Gündəm
Mövlud Çavuşoğlu: “Ermənistan artıq təxribatlara son qoymalıdır”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri "Twitter"də bildirib.

Nazirlər Ermənistanın sərhəddə törətdiyi son təxribatı müzakirə ediblər.

M. Çavuşoğlu qeyd edib ki, Ermənistan artıq təxribatlara son qoymalıdır: “Onlar Azərbaycanla əldə etdikləri razılıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”.

***

Azərbaycan XİN nazirlərin telefon danışığı barədə məlumat yayıb.

Bildirlib ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonda müzakirə aparıb.

C.Bayramov telefon danışığı zamanı, 12 sentyabr tarixində gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.

Ermənistanın son bir ay ərzində Azərbaycan mövqelərini atəşə tutması, Azərbaycan ərazilərinin minalanmasının davam etməsi, bölgədə hərbiləşmə prosesini genişləndirdiyi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü bildirilib.

Türkiyə xarici işlər naziri M.Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər