18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İlham Əliyev Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib - Yenilənib
Tarix: 13-09-2022 19:15 | Bölmə: Gündəm
İlham Əliyev Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib.

Reyting.az
 xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, 2 gün davam edəcək səfərdə Azərbaycan-Ermənistan diplomatik münasibətləri müzakirə olunacaq.

Qeyd edək ki, F.Riker sentyabrın 9-10-da Ermənistanda səfərdə olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Reyting.az
xəbər verir ki, görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.

Dövlət başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}