18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
50 hərbçimiz şəhid olub
Tarix: 13-09-2022 21:04 | Bölmə: Gündəm
50 hərbçimiz şəhid olub

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyir.

Nazirlik bəyan edir ki, şəhidlərimizin qanı yerdə qalmayıb.

Qeyd edək ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}