18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
MN: "Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobilinə atəş açılmayıb"
Tarix: 14-09-2022 17:09 | Bölmə: Gündəm
MN: "Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobilinə atəş açılmayıb"

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir".

Reyting.az
Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər