18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Zakir Həsənov ilə Hulusi Akar növbəti dəfə telefonla danışıb
Tarix: 15-09-2022 09:36 | Bölmə: Gündəm
Zakir Həsənov ilə Hulusi Akar növbəti dəfə telefonla danışıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

General-polkovnik Z. Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H. Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daim Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər